Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edilib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
Onun sözlərinə görə, hadisə dünən baş verib.
O, hadisənin məqsədyönlü təxribat olduğunu iddia edib. Bununla belə, insidentin detalları açıqlanmayıb.
***
Ermənistan polisinin məlumatına görə, məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər