Peskovun rəqqasə xanımı koronavirusdan sağaldı, özü isə...

peskovun-reqqase-xanimi-koronavirusdan-sagaldi-ozu-ise
Oxunma sayı: 2146

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka koronavirusdan sağalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəqqasənin özü məlumat verib. O, Rusiya KİV-nə danışaraq, virusdan xilas olduğunu açıqlayıb: “Yenidən məndən test nəticələri götürüldü, cavab neqativ oldu. Hər şey yaxşıdır. Dmitri isə sağalmağa doğru gedir, xəstəxanadadır”.

Qeyd edək ki, mayın 12-də Peskovun COVID-19-a yoluxduğu açıqlanmışdı. Onun ardınca xanımının test nəticələri də müsbət çıxmışdı.