Peyvənd olunanların sayı açıqlandı

peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 909

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1613 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 711, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 133 nəfərdir.