“Pilot Residence” məhkəmədə 755 minlik iddianı uduzdu

pilot-residence-mehkemede-755-minlik-iddiani-uduzdu
Oxunma sayı: 2750

Bakıda böyük yaşayış kompleksi inşa edən "Pilot Residence" MTK-ya qarşı məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun məlumatına görə, şirkət rəhbərliyi dövlət büdcəsinə olan külli miqdarda vergi borcunu ödəməkdən yayınıb. Nəticədə, Dövlət Vergi Xidməti iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Ötən gün yekunlaşan prosesdə hakim Zeynəb Axundova iddianı təmin edib. Qətnaməyə əsasən, "Pilot Residence" MTK dövlətə olan 755 min manata yaxın borcunu ödəməlidir. Əks təqdirdə borc şirkətin əmlakları müsadirə olunmaqla tutulacaq.

Qeyd edək ki, “Pilot Residence” MTK-nın rəhbəri Emil Tağıyev Arif oğludur. Şirkət əsasən premium mənzillərin inşası ilə tanınır. Yaşayış kompleksi Səbail rayonunda Nizami küçəsində inşa olunub. Şirkətin "Pilot Residence Şərifzadə” adlı daha bir layihəsi də var.

Amin Nəzərli