Piyadanı vurdu, xəstəxanaya aparanda öldü

piyadani-vurdu-xestexanaya-aparanda-oldu
Oxunma sayı: 2461

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Ucar rayon Qaradağlı kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Mustafa Əli oğlu Hacıqabul rayon Nəvahi kəndi ərazisində yolu keçmək istəyən zaman onu "VAZ 2106" markalı avtomobili vurub.

Sürücü, ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli