Piyadanı vurub qaçan tutuldu

piyadani-vurub-qacan-tutuldu
Oxunma sayı: 881

Oktyabrın 14-də saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyevi vurub öldürən sürücü saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.