“Planetimizi qoruyan gələcək inşa edək”

planetimizi-qoruyan-gelecek-insa-edek
Oxunma sayı: 1224

Nyu-Yorkda, 20-24 sentyabr tarixlərində BMT-nin Baş Qərargahında keçirilmiş “Gələcəyin Sammiti”nin iştirakçıları olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a evsahibliyi edən Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanatla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, bəyanata 22 ölkədən 44 QHT nümayəndəsi imza atıb.

“Birlikdə sağlamlaşma: davamlı gələcək üçün inklüziv yollar” adlı bəyanatda deyilir:

"COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyətlərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı 2030-Davamlı İnkişaf Gündəliyinin irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və digər öndə olan qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.

Vətəndaş cəmiyyəti təşkilatları bu səslərin gücləndirilməsində mühüm rol oynayır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və praktik olmalıdır.

Biz xüsusilə dünyada iqlim dəyişmələrinin təsirləri ilə mübarizə aparan, uyğunlaşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və iqlim ədaləti fəalları kimi biz müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 sədrliyinə dəstək verməyə hazırıq.

Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim müzakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 öncəsi, zamanı və sonrasında yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq. İndi qətiyyətli addımlar atmağın vaxtıdır və biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq ki, öhdəlikləri konkret nəticələrə çevirək. Gəlin, bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsillər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək".

1. Grove Harris, “Anlaşma Məbədi” – ABŞ;

2. Prof. Husna Ahmad, “Global One 2015” – İngiltərə;

3. Jean-Paul NGUEYA, “Dünya Gəncləri Fəaliyyətdədir” (“Jeunesse du Monde en Action”) – Fransa;

4. Gordon Rattray, Avropa Əlillər Forumu – Belçika;

5. Phumlani Magagula, “GreenShift” Təşəbbüsü – Esvatini;

6. Abdullah Nawab, “Davamlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsü” (“BRISD”) – Pakistan;

7. Aytakin Asgarova, “IndiGenius Global” – ABŞ;

8. Clare Jagunna, “Ürəkləri Qaldıran Əllər Təşəbbüsü”– Kanada;

9. Fred Sullivan, “Man Up Campaign US, Inc.” – ABŞ;

10. Alena Maslova, “Dobrosphera” – Qırğızıstan;

11. Maria Jose Lubertino Beltran, “İnsan Hüquqları üzrə Vətəndaş Assosiasiyası - Ətraf Mühitin Müdafiəçiləri Şəbəkəsi” – Argentina;

12. Stephen, “Birləşmiş Sosial Rifah Cəmiyyəti” – Pakistan;

13. Alan Jarandilla Nuñez, “IYAFP” – Boliviya;

14. Mahamat Abdelkerim Abbas, “Gənclər üçün Beynəlxalq Yardım”– ÇAD;

15. Qaiser Nawab, “THE” Beynəlxalq Cəmiyyəti – Pakistan;

16. Mohamed Abderraheman Cheikh, “Yaşıl Mavritaniya Gənclər Şəbəkəsi – “GreeM”” – Mavritaniya;

17. Carmen Capriles, “İqlim Təsiri” (“Reacción Climática”) – Boliviya;

18. Dr. Mohammad Shakeel Ahmed, “Davamlı İnkişaf üçün Qlobal Strateji İnstitut” (“GSISD”) – Pakistan;

19. Hawa Sidibe, “İnsan Hüquqlarının İnkişafı və Təşviqi Assosiasiyası” – Mavritaniya;

20. Ann. Makena Kobia, “Pan-Afrika İqlim Ədaləti Alyansı” – Keniya;

21. Aniedi Ene Inyang, “Enemas Fondu” – Nigeriya;

22. Michael Kakande, “Davamlı40” (“Resilient40”) – Uqanda;

23. Aynalem Getie Gismie Lem, “Ətraf Mühit və İnkişaf Cəmiyyəti” – Efiopiya;

24. Edith Achamukong Lum, “Dayanıqlı Barmaqlar” (“Sustainable Fingers”) – Kamerun&Niderland;

25. Lola İbrahim, “Zorakılığa və İstismara Qarşı Qadınlar” (“WAVE Fondu”)– Nigeriya;

26. Erick Mutua Mbeva, “GCCIAFRICA” – Keniya;

27. Qaiser Nawab, “Pakistan İqlimi üçün Gənclər” - “COP Mənim Şəhərimdə”– Pakistan;

28. Hassan Abdilahi, “MOAD” – Somali;

29. Naomi Jepchumba Kurgat Endorois, “Qadınların Gücləndirilməsi Şəbəkəsi” – Keniya;

30. Cynthia Buluebiere Bright;

Gbolekekro “Qadınların Gücləndirilməsi və İnkişafı Təşkilatı” (GWEDO) – Nigeriya;

31. Waqas Ahmad, “İslamabad Beynəlxalq İslam Universiteti” – Pakistan;

32. June Bartuin, “Yerli Xalqlar üçün Sülh və İqlim Ədaləti” – Keniya;

33. Andin Ntali, “Buea Universiteti” – Kamerun;

34. Nathan Kipchumba, “Kimajani Yaşıl Afrika” – Keniya;

35. Kunlomia Kaspa Bobga, “Yaşıl Qlobus Təşkilatı” – Kamerun;

36. Jules Cesar Redombina-Ogandaga, “AGRI’PROTECT” – Qabon;

37. Steven Dereck Chinsendenji, “Ümid Verənlər Fondu” (“Hope Givers Foundation”) – Malavi;

38. Adan Abdi Baraka, “Mandera” – Keniya;

39. Ndeye Fatou NDIAYE, “Karbon Qvineya” (“Carbone Guinee”) – Seneqal;

40. Francisca Belie Elangwe, “Yaşıl və Daha Yaxşı Dünya” - Kamerun;

41. Jackline sekento lankas, “Qadınlar və Qızların Əlillik Şəbəkəsi” – Keniya;

42. Zoneziwoh Mbondgulo-Wondieh, “Qadınlar Dəyişikliklər Uğrunda” (Women for a Change) – Kamerun;

43. Thulisile Maziya - “Qadınlar və Qızların Gücləndirilməsi Təşkilatı” – Esvatini;

44. Florence Ntisai, “Yerli Qadınlar Şurası” (“Indigenous Women Council”) – Keniya.