Polad Həşimovun qızı ilk dərs günü atasının məzarını ziyarət etdi - Foto

polad-hesimovun-qizi-ilk-ders-gunu-atasinin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 4624

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günü atasının məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto paylaşılıb. Atasının arzusunu yerinə yetirən Aybəniz Həşimova ağ xalatda II Fəxri xiyabanda onun məzarını ziyarət edib. 

Qeyd edək ki, A.Həşimova bu il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Tibb Universitetindən A. Həşimovanın bu gün ilk dərsə gəldiyi bildirilib.