Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkar etdi

polis-qanunsuz-saxlanilan-odlu-silah-sursat-askar-etdi
Oxunma sayı: 1289

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, noyabrın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 6 avtomat silahı, 2 tapança və 2 qumbara aşkar edib.

Bununla yanaşı, 2 qumbara alışdırıcısı, 5 tüfəng, 17 patron darağı və 115 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.