Premyer Liqada komanda məşqlərinə icazə verildi

premyer-liqada-komanda-mesqlerine-icaze-verildi
Oxunma sayı: 1350

İngiltərə Premyer Liqasının rəhbərliyi Premyer Liqa klublarına məşq etmək üçün icazə verib. “Qafqazinfo” xəbər verir ki, komandalar artıq kollektiv şəkildə məşq edə və heç bir ara məsafəsini qorumadan top uğrunda mübarizə apara bilərlər.

Futbolçuların və məşqçilər heyətinin həftədə 2 dəfə koronavirus testindən keçəcəkləri bildirilir. Qərar səhiyyə təşkilatları və yerli hökumətlə məsləhətləşmədən sonra qəbul edilib.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının gələn ay bərpa olunması gözlənilir.