Premyer Liqada topdaşıyanlara qadağa qoyuldu

premyer-liqada-topdasiyanlara-qadaga-qoyuldu
Oxunma sayı: 2162

İngiltərə Premyer Liqasında topdaşıyan uşaqlara qadağa tətbiq edilib.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bundan sonra matçlarda top meydandan kənara çıxdığı zaman, bolboylar topu həmin komandanın oyunçusuna ata bilməyəcəklər. 

İngiltərə Premyer Liqasının təşkilat komitəsi bununla təhlükəli hücumların qarşısının alınacağını düşünür. 

Belə ki, bundan sonra futbolçular meydanın kənarındakı konusların yanına qoyulan topu özləri götürəcəklər.

Nəticədə hücum edən tərəfə ədalətsiz üstünlük qazandırmaqla onların təhlükəli hücumlar yaratmasının qarşısı alınacaq.

Bu qərardan sonra yan xətlərin yaxınlığında əlavə 4 top qoyulacaq. Həmin 4 topdan biri istifadə olunarsa, bolboylar yalnız bu zaman onu yeniləri ilə əvəzləyə bilər.