“Prestij Park” Yaşayış Kompleksi “Biz birlikdə güclüyük” layihəsinə qoşuldu - Fotolar

prestij-park-yasayis-kompleksi-biz-birlikde-gucluyuk-layihesine-qosuldu
Oxunma sayı: 1775

Ölkədə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində bir neçə sosial tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə, Heydər Əliyev Fondunun başladığı “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən sosial aksiyaya dəstək olaraq ölkəmiz üçün bu həssas zamanda aztəminatlı ailələrə dəstək tədbirlərinə “Prestij Park” Yaşayış Kompleksi də qoşulmuş və bir neçə aztəminatlı ailələrə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıblar.

“Prestij Park” Yaşayış kompleksi sosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə bundan sonra da davam edəcək. Şirkət bu çətin dövrü birlikdə uğurla başa vurmağımız üçün hər kəsi xüsusi diqqət və qayğıya ehtiyacı olan, yaşlı və tənha insanlara qarşı həssaslığa, xüsusi karantin rejiminin tələblərinə riayət etməyə və bu çətin mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməyə dəvət edir.