Prezident fərman imzaladı

prezident-ferman-imzaladi
Oxunma sayı: 12584

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı fərmanla dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişib.

Sənədlə özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərində bu vəsaitdən istifadə olunacaq.