Prezident Goranboya səfər etdi - Yenilənir

prezident-goranboya-sefer-etdi
Oxunma sayı: 2630

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Prezident İlham Əliyev Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.