Prezident İbad Hüseynovla da görüşüb - Fotolar

prezident-ibad-huseynovla-da-gorusub
Oxunma sayı: 9443

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü olub. 

"Qafqazinfo"nun məlumatına görə, ictimaiyyət nümayəndələri ilə söhbət edən İlham Əliyev Milli Qəhrəman İbad Hüseynovla da görüşüb.

Qeyd edək ki, İbad Hüseynov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşudur. Ona 2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.