Prezident “KİV haqqında” qanunu sərtləşdirdi

prezident-kiv-haqqinda-qanunu-sertlesdirdi
Oxunma sayı: 2777


“Qafqazinfo”nun məlumatına görə, qanunda Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib.

Dəyişikliyə görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Əvvəlki qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.