Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım - Foto

prezidentden-turkiyenin-milli-bayrami-ile-bagli-paylasim
Oxunma sayı: 1109

Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə instaqram hesabında paylaşım edib.

“Qafqazinfo” paylaşımı təqdim edir:

“Əziz qardaşım, qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”.