Prezidentlə xanımı meydana çıxan idmançılarımızı belə salamladılar - Video

Prezidentlə xanımı meydana çıxan idmançılarımızı belə salamladılar
Oxunma sayı: 3010

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olunub. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirilib. Ardınca hərbçilər Türkiyənin Dövlət Bayrağını səhnəyə gətirdilər. Bayraq Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı”nın sədaları altında qaldırılıb.

Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı olub.

Komandalar ölkələrin adlarının baş hərflərinə uyğun qaydada əlifba sırası ilə meydana daxil oldular. Əvvəlcə Əfqanıstan idmançılarının keçidi oldu. Azərbaycan atletləri meydana dördüncü daxil olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışlayıblar.

Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparıblar.