Prospektdə maşın aşdı - Video

prospektde-masin-asdi
Oxunma sayı: 8358

Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə Şəfa stadionunun yaxınlığında baş verib.

Qəza səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hadisə yerindən video paylaşıb. Həmin görüntüləri təqdim edirik: