“Protiv” getdi, yük maşını ilə toqquşdu - Yaralılar var

protiv-getdi-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 2153

Lənkəranda ağır yol-nəqliyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi “DAF” markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.

Qəzada “VAZ”ın sürücü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, hadisəyə səbəb “VAZ-2107”nin əks istiqamətdə hərəkət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov