PSJ-də ciddi itki

psj-de-ciddi-itki
Oxunma sayı: 1222

PSJ-nin ulduz futbolçusu Marko Verratti zədələnib.

"Qafqazinfo" xəbər verir ki, italiyalı yarımmüdafiəçi Fransa I Liqasının 11-ci turunda "Marsel"lə qolsuz heç-heçə etdikləri matçda sıradan çıxıb.

Bud əzələsindən xəsarət alan 28 yaşlı futbolçu, 4 həftə yaşıl meydanlardan kənar qalacaq.