Putin Krım körpüsündəki partlayış olan əraziyə getdi

putin-krim-korpusundeki-partlayis-olan-eraziye-getdi
Oxunma sayı: 2676

Rusiya Prezidenti Vladimir Putin partlayış olan Krım körpüsünə gedib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Prezident 6-7 ay ərzində ikinci yolun bərpası işlərinin aparılacağını bildirib.

Putin hadisə yerinə Baş nazirinin müavini Marat Xusnullini ilə gedib. Onlar avtomobillə körpüdən keçiblər.

Qeyd edək ki, Krım körpüsündə partlayış oktyabrın 8-i səhər saatlarında baş verib. Partlayış zamanı 4 nəfər ölüb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə isə, partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi artıq həbs olunub. Müəyyən edilən şəxslərin 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.