Putin Makronla təhlükəsizlik zəmanətləri təkliflərini müzakirə etdi

putin-makronla-tehlukesizlik-zemanetleri-tekliflerini-muzakire-etdi
Oxunma sayı: 808

Rusiya və Fransa Prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” Kremlə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini müzakirə ediblər.

Putin qeyd edib ki, ABŞ və NATO Rusiyanın təkliflərinə cavab olaraq təhlükəsizliyin bölünməzliyi prinsipi məsələsini gözardı ediblər.

Bununla yanaşı, liderlər iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.