Putin Peskovu “tənbəl” adlandırdı

putin-peskovu-tenbel-adlandirdi
Oxunma sayı: 5322

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərindən sonra keçirdiyi mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskovu zarafatla tənbəl adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, müsahibədə jurnalistlərin sualları davam etməsinə Peskov müdaxilə edib: “Vladimir Vladimiroviç, bu, uzun müddət davam edə bilər”. 

Putin isə Peskovun müdaxiləsinə belə reaksiya verib: “Xeyr, indi bitirəcəyik. Tənbəl, işləmək istəmir. Yaxınlıqda dayanıb tənbəldir”.