Putin səfərlərini ixtisar etməli oldu

putin-seferlerini-ixtisar-etmeli-oldu
Oxunma sayı: 3396

Rusiya Prezidenti Vladimir İsrail və Fələstinə ikigünlük səfərini ixtisar etməli olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, səfər Rusiya hökumətinin yenilənməsi ilə əlaqədar ixtisar olunub. Putin təkcə İsrail Prezidentinin yanvarın 22-də axşam təşkil edəcəyi böyük şam yeməyində olmayacaq.

Rusiya Prezidenti israilli həmkarı Reuven Rivlinlə və Baş Nazir Binyamin Netanyahu ilə görüşəcək. Daha sonra isə Putinin Rusiyada həbs edilən İsrail vətəndaşı Naam İssaharın anası ilə görüşü olacaq.

Səfər sabah başlayacaq.

Qeyd edək ki, İssahar narkotik qaçaqmalçılığına görə ötən il Şeremetyevo hava limanında saxlanılıb. O, 7,5 il azadlıqdan məhrum edilib.