Putindən oxşarı ilə bağlı açıqlama

putinden-oxsari-ile-bagli-aciqlama
Oxunma sayı: 4041

“Mən oxşarlardan imtina etmişəm. Bundan terrorçuluqla mübarizənin ən ağır vaxtlarında istifadə olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “TASS” agentliyinin “Vladimir Putinə 20 sual” layihəsinə qonaq olarkən bildirib.

Rusiya dövlət başçısı qeyd edib ki, heç vaxt oxşarı olmayıb.

Bu məqamda bildirək ki, 2015-ci ildə də Rusiya Prezidentinə eyni sual ünvanlanmışdı. O vaxt da Prezident oxşarının olması haqqındakı iddiaları rədd etmişdi.

Xatırladaq ki, tarixdə dövlət rəhbərlərini və siyasi önəm kəsb edən şəxslərin sui-qəsdlərdən qorunması üçün onların oxşarlarından istifadə olunub.

Orxan Məmməd