Putindən Qarabağdakı Birgə Mərkəzlə bağlı açıqlama - Yenilənib

putinden-qarabagdaki-birge-merkezle-bagli-aciqlama
Oxunma sayı: 3687

“Rusiyalı sülhməramlılar Qarabağdakı vəziyyətdə müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi effektiv fəaliyyət göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşündə bildirib.

“Qarabağda hələ də insidentlər baş verir və itkisiz ötüşmür”, - deyə Putin əlavə edib.

***

“Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiya sülhməramlıları da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir”. 

***

"Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir", - deyə Putin bildirib.