Putindən Qərb ölkələrinə xəbərdarlıq

putinden-qerb-olkelerine-xeberdarliq
Oxunma sayı: 4543

“NATO-nun hərbi kontingentlərinin Ukraynaya göndərilməsinin nəticələri faciəli olacaq”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. 

“Ukraynaya NATO hərbi kontingentlərinin göndərilməsi ehtimalları barədə danışırlar. Biz nə vaxtsa öz qoşunlarını ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırlayırıq. İndi mümkün müdaxilələrin nəticələri daha faciəli olacaq. Onlar başa düşməlidirlər ki, bizim də silahlarımız var. Onlar bunu bilirlər. Bizim də onların ərazisində hədəfləri vura biləcək silahımız var”, - deyə Rusiya lideri qeyd edib.