Putinlə Bayden nədən danışdılar?

Putinlə Bayden nədən danışdılar?
Oxunma sayı: 2959

ABŞ və Rusiya Prezidentləri Co Bayden və Vladimir Putinin videobağlantı vasitəsilə görüşündə müzakirə edilən məsələlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bayden Putinlə danışıqları zamanı Ukrayna ilə sərhəddə Rusiya hərbi qüvvələrinin “toplanmasından” narahat olduğunu bildirib.

Qeyd edilib ki, Bayden rusiyalı həmkarına açıq şəkildə bildirib ki, silahlı münaqişə baş verəcəyi təqdirdə ABŞ qəti iqtisadi və digər sanksiyalarla cavab verəcək.

O, həmçinin Putini Ukrayna ətrafında gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.

Hər iki Prezident öz komandalarına Ukrayna ilə bağlı dialoqu davam etdirməyi tapşırıblar.

Dövlət başçıları kibertəhlükəsizlik və İran da daxil olmaqla regional mövzuları da müzakirə ediblər.