Putinlə Consonun danışığı baş tutdu

putinle-consonun-danisigi-bas-tutdu
Oxunma sayı: 1665

Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş naziri Boris Consonun telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Putinlə Conson Ukraynadaxili böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri kontekstində ətraflı fikir mübadiləsi aparıblar.

Putin NATO-nun Rusiyanın haqlı narahatlıqlarına adekvat cavab vermək istəmədiyini qeyd edib və Consonun diqqətini Kiyevin Minsk razılaşmalarını xroniki təxribata çəkməsinə cəlb edib.