Putinlə görüşə hazırlaşan Zelenskiyə Poroşenkodan - Məsləhət

putinle-goruse-hazirlasan-zelenskiye-porosenkodan
Oxunma sayı: 1897

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Rusiya lideri Vladimir Putinlə görüşə hazırlaşan hazırkı ölkə rəhbəri Vladimir Zelenskiyə məsləhətlər verib.

“Qafqazinfo”nun məlumatına görə, Poroşenkonun “Ukrainskaya pravda”da dərc olunmuş yazısında deyilir:

“Ən vacib məsləhət: Putinlə üz-üzə görüşmə. Daha bir vacib məsləhət: Donbas məsələsini müzakirə edərkən qaz danışıqları aparma. Yoxsa, Kiyev ucuz qaz üçün güzəştə getməli olacaq”.

Qeyd edək ki, dekabrın 9-da  Donbasdakı vəziyyəti həll etmək üçün Parisdə “normand dördlüyü”nün zirvə görüşü keçiriləcək. Zirvə zamanı Putinlə Zelenskinin görüşü olacaq.