Putinlə Makron Zaporojye AES-i müzakirə etdilər

Putinlə Makron Zaporojye AES-i müzakirə etdilər
Oxunma sayı: 560

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.

"Qafqazinfo" Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng vurub. Tərəflər Ukraynadakı vəziyyət, o cümlədən “Zaporojye” AES-ə MAQATE missiyasının göndərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Prezidenti iyulun 22-də imzalanmış İstanbul razılaşmalarının reallaşdırılmasının gedişi barədə məlumat verib. O vurğulayıb ki, Rusiyanın ixrac malları üçün hələ də maneələr mövcuddur və bu, qlobal ərzaq təhlükəsizliyi probleminin həllinə kömək etmir.

Prezidentlər göstərilən məsələlərlə əlaqədar müzakirələri davam etdirmək barədə razılığa gəliblər.