Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı iddia olunur.
“Qafqazinfo” “Ynet” nəşrinə istinadən xəbər verir ki, “Flydubai” aviaşirkətinə məxsus və göyərtəsində 174 nəfər sərnişin olan reys qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib.
Bildirilir ki, təyyarə qısa müddət ərzində fövqəladə vəziyyəti, ardınca isə qaçırılmanı bildirən siqnallar verib.
Hazırda təyyarənin qaçırılması barədə təsdiqlənmiş məlumat olmasa da, pilotla əlaqə qurmağın mümkün olmadığı bildirilir. Həyəcan siqnallarının səbəbi araşdırılanadək təyyarəni müşayiət etməsi üçün İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcısı havaya qaldırılıb.
Məlumata görə, artıq İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Kats məsələ ilə bağlı təcili məsləhətləşmələr keçirir.
***
Sözügedən təyyarə Səudiyyə Ərəbistanında eniş edib.
İsrailin “Channel 12” kanalı qaçırılma siqnalının verilməsinə pilotlar arasında baş verən davanın səbəb olduğunu bildirib.
Bununla yanaşı, pilotlardan birinin rusiyalı, digərinin isə ukraynalı olduğu iddia olunur.
Kanalın məlumatına görə, pilot kabinəsində başlayan dava bir neçə dəqiqə davam edib.
Bununla belə, mübahisənin səbəbi açıqlanmayıb. Təyyarə yerə endikdən sonra hər iki pilot hava gəmisindən çıxarılıb.
***
“Flydubai” həmin reysdə pilotlar arasında mübahisə baş verdiyini təsdiqləyib.

Son xəbərlər
Son Xəbərlər