Qadını “Mercedes”lə vurub öldürdü

qadini-mercedesle-vurub-oldurdu
Oxunma sayı: 1403

Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 14-də saat 18 radələrində qeydə alınıb. 

Arbatan kənd sakini H.Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Həqiqət Babayevanı vurub və qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.