Qala qəsəbəsində ağır qəza - Ölən və yaralananlar var + Fotolar

qala-qesebesinde-agir-qeza
Oxunma sayı: 5301

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı ölənlər var.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avqustun 6-da saat 17:30 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.

Nəticədə “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

Araşdırma aparılır.