“Qalatasaray” “Real” önünə Falkaosuz çıxacaq

qalatasaray-real-onune-falkaosuz-cixacaq
Oxunma sayı: 851

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Real”la qarşılaşacaq “Qalatasaray”ın matç üçün iştirak ərizəsi müəyyənləşib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, komandanın ulduz futbolçusu Radamel Falkao iştirak ərizəsində yer almayıb. 33 yaşlı kolumbiyalı forvard zədə səbəbindən oyunu buraxacaq.
 
“Qalatasaray” – “Real” oyunu bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.