Qalmaqaldan sonra istefa verdi

qalmaqaldan-sonra-istefa-verdi
Oxunma sayı: 3281

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, XİN rəhbəri ölkənin Baş naziri Evika Silina ilə görüşdükdən sonra bu barədə qərarını açıqlayıb. 

Karinş aprelin 10-u vəzifəsini tərk edəcəyini bildirib. 

Qeyd edək ki, artıq bir neçə aydır Latviya mediası Karinşin Baş nazir olduğu dövrdə onun rəhbərlik etdiyi nümayəndə heyətinin şəxsi uçuşlardan istifadə etməsi ilə bağlı qalmaqalı işıqlandırır. Rəsmi məlumata görə, 2021-ci ildən 2023-cü ilin sentyabrına qədər dövlət büdcəsindən Karinşin və onun əməkdaşlarının xüsusi reysləri üçün 613 830 avro xərclənib. Bu məbləğ Avropa İttifaqı tərəfindən qarşılanan xərclərlə birgə 1,36 milyon avro təşkil edib. Ötən həftə Latviyanın Baş prokurorluğu məsələ ilə bağlı araşdırma başladıb. 

Onu da xatırladaq ki, K.Karinş 2019-cu ilin yanvarından 2023-cü ilin avqustuna qədər Latviyanın Baş naziri olub.