Qanunsuz silah saxlayan şəxs tutuldu

qanunsuz-silah-saxlayan-sexs-tutuldu
Oxunma sayı: 1351

Quba sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.