“Qapını bağlı saxlamağı məsləhət görürəm” - Trampdan Makrona

qapini-bagli-saxlamagi-meslehet-gorurem
Oxunma sayı: 3118

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun həyat yoldaşının onun üzünə şillə vurmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.

Eyni zamanda Amerika Prezidenti Fransa lideri ilə telefonla danışdığını bildirib. O vurğulayıb ki, Makron cütlüyünün münasibəti hazırda qaydasındadır.

“Nə baş verdiyini bilmirəm, amma sizə qapını bağlı saxlamağı məsləhət görürəm”, - Ağ Evin rəhbəri bildirib.