“Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh şəraitində yaşayacaq”

qarabag-azad-edildikden-sonra-ermeni-icmasi-azerbaycanda-sulh-seraitinde-yasayacaq
Oxunma sayı: 3574

"Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

Tovuzda yaşayan erməni əsilli Alivina Marqosyanın videosunu paylaşan H.Hacıyev bildirib: “79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı - xanım Marqosyan Alivina Sarkisovna. Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq”.