Erməniəsilli qadın erməni xalqını Paşinyanın hiyləsinə uymamağa çağırdı - Video

Erməniəsilli qadın erməni xalqını Paşinyanın hiyləsinə uymamağa çağırdı
Oxunma sayı: 13361

“Xəzər Tv” erməni əsilli Azərbaycan vətəndaşı Alvina Marqosyanın evindən reportaj hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, o, ölkəmizin Qarabağ uğrunda haqlı savaşını dəstəklədiyini bildirib.

Marqosyan Azərbaycanın bu yolda qalib gələcəyinə inandığını deyib: “Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Bu ölkənin 3 rəngli bayrağı Qarabağın hər yerində dalğalanacaq”.

O, erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağa çağırıb: “Mən 60 ildir ki, burda yaşayıram və öz torpağımdır. Allah əsgərlərimizin canını sağ eləsin. Bizim əsgərlərimizə gələn bəla qoy erməni əsgərinə getsin. Paşinyan da gözəl bilir ki, ölkə başçımız da, ordumuz da onlara bir qarış torpaq verməz”,

Marqosyan erməni ordusunun dinc sakinləri hədəf almasını acizlik kimi dəyərləndirib: “O, özünü düşünsə, kasıbları düşünsə, ordunu çıxarıb sülh edər. Paşinyan Hitlerdir. Eşq olsun Azərbaycan ordusuna və Prezidentimizə”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi