“Qarabağ Azərbaycandır!” - Türkiyə XİN

qarabag-azerbaycandir
Oxunma sayı: 2470

Türkiyə xarici işlər naziri Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Can Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ürəkdən təbrik edirəm. Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır. 44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycandır!”, - deyə paylaşımda qeyd olunub.