“Qarabağ” - “Braqa” matçının biletləri tükənir

qarabag-braqa-matcinin-biletleri-tukenir
Oxunma sayı: 3516

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça indiyə kimi 26 min 500 bilet satılıb. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.