“Qarabağ” ÇSKA-ya qarşı - Canlı-Yenilənir

qarabag-cska-ya-qarsi
Oxunma sayı: 4524

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” növbəti mərhələ uğrunda mübarizəsini davam etdirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə Bolqarıstanın ÇSKA klubu ilə üz-üzə gələcək. Sofiyadakı Vasili Levski Milli Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar mərhələnin ilk oyununda Bakıda qarşılaşıb. Tərəflərin mübarizəsində qol vurulmayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən Sofiyadakı cavab matçı növbəti mərhələyə yüksələn komandanı müəyyənləşdirəcək.

Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyununda “Makkabi” rəqibini 5:0 hesabı ilə məğlub edib.

30 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

22:00. ÇSKA (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:0

Baş hakim: Bran van Den Dries (Belçika)

Sofiya. Vasili Levski Milli Stadionu

***

Komandaların start heyətləri bəlli olub:

ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto

“Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov

***

Matç başladı.

***

Fasilə.