“Qarabağ” “Düdelanj”la bərabərə qaldı - Fotolar

“Qarabağ” “Düdelanj”la bərabərə qaldı
Oxunma sayı: 5590

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da sonuncu matçına Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Oyunda hesab 63-cü dəqiqədə açıb. Əks hücum zamanı Sabir Buqrine topu Ağdam klubunun qapısından keçirib. Qurban Qurbanovun komandası məğlubiyyətdən yalnız son dəqiqədə xilas olub. Oyuna ikinci hissədə daxil olan Maqaye Geye 90+1-ci dəqiqədə komandasına bir xal qazandıran qolu vurub. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.

Bununla da "Qarabağ" qrup mərhələsini 6 xalla 3-cü pillədə başa vurub. Qrupun digər matçında isə APOEL "Sevilya"nı 1:0 hesabıyla məğlub edib.

Avropa Liqası

A qrupu
12 dekabr

21:55. “Qarabağ” - “Düdelanj” - 1:1 

Qollar: Maqaye Geye, 90+1 - Sabir Buqrine, 63
Hakimlər: Kristo Tohver, Silver Koiv, Sten Klaasen, Yuri Frişer (hamısı Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 3. Ailton Sİlva, 5. Maksim Medvedev, 2. Qara Qarayev 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 11. Mahir Emreli.

Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Faysal Rerras, 71. Toral Bayramov, 99. Maqaye Qeye.

"Düdelanj": 1. Conatan Juber (k), 4. Kober Kuls, 34. Məhəmməd Buxuari, 5. Tom Şnell,16. Tibo Leskoy, 20. Mikael Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaieb, 28. Çarls Morren,  10. Dominik Stols  77. Sabir Buqrine;

Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Kopar, 13. Omar Natami, 15. Rikardo Delqado, 23. Rayan Klapp, 24. Mehdi Kirx, 98. Loren Mendi.

Fotolar: Pərvin Zeynal








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi