“Qarabağ” güclü komandadır” - Xabi Alonso

qarabag-guclu-komandadir
Oxunma sayı: 2451

“Qarabağ”ın pley-off mərhələsində “Braqa” ilə keçirilən hər iki oyununda tipik performansını gördük”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Almaniyanın “Bayer”(Leverkusen) klubunun baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la baş tutacaq oyundan öncə mətbuat konfransında deyib. 

İspaniyalı çalışdırıcı Ağdam təmsilçisinin Avropa Liqasında Portuqaliya klubu ilə oyunundan da danışıb:

“Qarabağ”ın pley-off mərhələsində “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Güclü komandadır, avrokubok təcrübəsi böyükdür. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfər qalsa da, sona qədər yaxşı mübarizə apardılar”.

Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun hazır olduğunu qeyd edib:

“Sabahkı oyunda da start heyətində çıxış edə biləcək. Ondan gözləntilərimiz böyükdür. Bütün futbolçulardan istəyim komandaya dəstək olmaqdır”.