“Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub ” - Putin

qarabag-hemise-azerbaycanin-ayrilmaz-hissesi-olub-
Oxunma sayı: 9746

"Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".

"Qafqazinfo" xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi: "Ermənistana heç kim təcavüz etməyib".

Rusiya Prezidenti onu da bildirib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı.