“Qarabağ” klubu futbolçusunu “Zirə”yə icarəyə verdi

qarabag-klubu-futbolcusunu-zireye-icareye-verdi
Oxunma sayı: 1058

Ağdamın “Qarabağ” klubu futbolçusu Rüstəm Əhmədzadəni “Zirə”yə icarəyə verib.

“Qafqazinfo” Ağdam təmsilçisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu 2022/2023-cü il mövsümündə paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2021-ci ilin dekabrında “Qarabağ”la müqavilə imzalayıb. R.Əhmədzadənin sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.