“Qarabağ” səfərdə... - Fotolar - Yenilənib

qarabag-seferde
Oxunma sayı: 6675

UEFA Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə qarşılaşacaq “Qarabağ” bu gün Neapola yollanır.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 18:00-da çarter reysi ilə İtaliyaya gedəcək.

Qeyd edək ki, sabah axşam “Qarabağ”ın Neapoldakı “Dieqo Maradona” stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

***

Təmsilçimiz bir neçə dəqiqə öncə Napoli aeroportuna çatıb.