“Qarabağ” - “Sevilya” matçının vaxtı açıqlandı - Təqvim

qarabag-sevilya-matcinin-vaxti-aciqlandi
Oxunma sayı: 6396

Avropa Liqasının qrup mərhələsinin oyunlarının təqvimi açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Qarabağ" ilk turda İspaniyanın "Sevilya" klubunu qəbul edəcək.

Ağdam təmsilçisi qrupdakı ikinci matçını Lüksemburqda “Düdelanj”a qarşı keçirəcək. Qurban Qurbanovun komandası üçüncü turda doğma azarkeşlər önündə Kipr APOEL-i ilə qarşılaşacaq. 

Avropa Liqası, qrup mərhələsi

I tur

19 sentyabr

"Qarabağ" - "Sevilya" 

II tur

3 oktyabr

“Düdelanj” - "Qarabağ"

III tur

24 oktyabr

"Qarabağ" - APOEL 

IV tur

7 noyabr

APOEL - "Qarabağ"

V tur

28 noyabr

"Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

"Qarabağ" - “Düdelanj”